Bir il ərzində partnyorların qorunmasız cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmaması halına sonsuzluq (infertility) deyilir. Sonsuzluq son illərdə həm cəmiyyətin, həm də medianın gündəmini getdikcə daha çox zəbt edən bir sağlıq problemidir.
Sonsuzluq tək fərdin deyil, bir ailənin problemidir.
Sonsuzluq ümumi olaraq iki yerə bölünür:
Bütün sonsuzluqların təxmini olaraq 30-40% kişilərdən qaynaqlanmaqdadır.
Statistika:
Son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da sonsuzluq problemi artmaqdadır. Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın 1/3-də isə həm kişi, həm qadın səbəbli olur.
Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik çəkir. Bu isə əsassız boşanmalara və qalmaqallara rəvac verir.
Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar?
SƏBƏBİ AÇIQLANA BİLMƏYƏN SONSUZLUQ (idiopatik sonsuzluq)
İndiki vaxtda tibbin imkanları ilə ortaya qoyula bilməyən sonsuzluq vəziyyətlərində səbəbi açıqlana bilməmiş sonsuzluqdur (idiopatik) Səbəbi açıqlana bilməmiş sonsuzluq faktlarında rol oynayan psixoloji faktorların varlığı tam olaraq müəyyən deyil. Stressin ortadan qalxma vəziyyətində təbii yollardan hamiləliklərin meydana gəldiyi bildirilir. Xüsusilə sonsuzluq müalicələrinə cavab alına bilməyən cütlərdə bəzən müalicənin kəsildiyi və cütə istirahət etmə şansı verildiyi aylarda özbaşına hamiləlik ola bilməkdədir.
Səbəbi açıqlana bilməmiş sonsuzluq termini günümüzdəki diaqnostik üsulların sərhədini göstərir.Diaqnosti üsullardakı irəliləmələrlə birlikdə bu qrupa daxil olan cütlərin sayı da azalacaq.
Kişi sonsuzluğuna səbəb olan faktorlar. EAU 2010 (Avropa Uroloqlar Assosasiyası).İdiopatik sonsuzluq (səbəbi məlum olmayan) - 31 %.Varikosel – 15.6 %.Hipoqonadizm - 8.9 %.Urogenital infeksiyalar - 8.0 %.Enməmiş xayalar (kriptorxizm) - 7.8 %.Seksual faktorlar və sperma depolanmasının pozulması - 5.9 %.İmmunoloji sonsuzluq - 4.5 %.Sistem xəstəlikləri - 3.1 %.Obstruksiyalar - 1.7 %.Digər faktorlar - 5.5 %.
I. Boşalmanın olmaması (eakulayasiyanın olmaması)
II. Oliqospermiya (azalmış sperma sayı)
III. Azospermiya (spermanın olmaması)
IV. Normal sperma olmasına baxmayaraq hamiləliyin olmaması
Sonsuzluq şikayəti olan pasientin dəyərləndirilməsi:
Anamnez - pasientdən düzgün toplanmış anamnez diaqnozun 70%-dir.
İnfertil şikayəti - sonsuzluq müddəti, öncəki hamiləliklər (olub-olmaması), öncə aparılmış müalicələr.
Seksual anamnez - cinsi həyatı, libido (cinsi istək), Koitusun müddəti (cinsi əlaqənin müddəti), cinsi əlaqənin sayı və.s digər faktorlar.
Fizik müayinə ilə sonsuzluğa səbəb olan varikosel, xayalar, penis (kişi cinsiyyət orqanı) və ikincili cinsi əlamətlər müəyyən edilir. Penisin uzunluğunun kiçik olması (hipoqonadizm-hormon azlığı), uretradan (sidik kanalından) axıntının olması infeksiyanın olmasını, , xayaların həcminin ölçülməsi və.s müəyyən edilməlidir.Laborator testlər - ilkin olaraq ən az 2 sperma analizi verilməlidir. Əgər sperma sayı, hərəkətliliyi, quruluşu normal deyilsə, o zaman digər müayinələr aparılır (hormonal, genetik və.s)Spermaqramma - kişi sonsuzluğunda ilk verilən analiz olmalıdır (ilk addım), 3-5 günlük cinsi pəhrizlə verilməlidir, analiz verilən zaman əllər sabunla təmiz yuyulmalı və mütləq analiz üçün ayrılmış klinikanın xüsusi bir otağında verilməlidir.
Sperma analizi hormonal, digər problemlər haqqında çox önəmli məlumatlar verir. Spermaqrammaya baxılarkən sayı, hərəkətliliyi morfologiyası (quruluşu) ən önəmli göstəricilərdir.
Əsas müalicə medodları aşağıdakılardir:
Sonsuzluqla müraciət zamanı fiziki müayinə, ən az 2 sperma anazili, həkim tərəfindən müəyyən edilmiş digər analizlər (həkimin istəyinə uyğun) baxılır. Hər hansı bir problem görülürsə səbəbə görə müalicə aparılır. Əgər spermanın sayı, hərəkətliliyi və morfologiyası (quruluşu) normal göstəricilərdən (1 ml-də 15 mln, hərkətlilik 32%-dan) azsa onda sayının, hərəkətliliyinin artırılmasına uyğun müalicələr aparılmalıdır.
Əgər sperma sayı azalıbsa, ümümi hərəkətli spermaların sayı 5milyondan çoxdursa inseminasiya-aşılanma (İUİ), 5 milyondan az isə İCSİ (yumurta hüceyrədaxili yalanma) – süni mayalanma olunması tövsiyə olunur. (EAU 2010-Avropa Uroloqlar Assosasiyası). İnseminasiyaya – hazırlanmış eakulyat leykositlərdən və digər zərərli faktorlardan təmizləndikdən sonra uşaqlığa vurulmasıdır. Burada məqsəd spermanın keçdiyi yolu qısaltmaq və maneələrlə qarşılaşmasımı azaltmaqdır).
Məsləhətlər - istənilən bir problemin vaxtında müəyyən edilib müalicə edilməsi məqsədə uyğundur, əgər xayalar enməyibsə vaxtında həkimə müraciət etmək lazımdır (12-18 aylar arası xayalar endirilməlidir), 2-cili cinsi əlamətlərin (tüklənmə, səsin dəyişməsi və.s) gecikdiyi zaman, keçirilmiş urogenital infeksiyaların varlığı hallarda, travma və.s bu kimi halarda müayinə olunmaq lazımdır. Ən önəmlisi isə ailə qurmamışdan öncə müayinə olunmaq və tam əmin olmaq lazımdır. (hər iki cins üçün önəmlidir).
"Sonsuzluq son illərdə həm cəmiyyətin, həm də medianın gündəmini getdikcə daha çox zəbt edən bir sağlıq problemidir."
|
Funda Hospital. Bakı ş. Nərimanov r-nu, İsmayıl Hidayətzadə küç.163 (Montin) |
|
(+994 12) 555 44 30 (+994 50) 555 20 30 |
|
info%drseymur#az |